Rusiya Suriyada siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar öz ölkəsinin vətəndaşlarına müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciəti Rusiyanın Suriyadakı diplomatik nümayəndəliyi yayıb.
Müraciətdə Rusiya öz vətəndaşlarını hava limanlarında fəaliyyət göstərən kommersiya reysləri ilə Suriyanı tərk etməyə çağırıb.
Məlumatda, həmçinin qeyd olunub ki, Rusiyanın Suriyadakı səfirliyi və konsulluq departamenti normal rejimdə fəaliyyətini davam etdirir.