Tehrandan Kiyevə qəribə çağırış: Suriyadakı müxaliflərə dəstəyi dayandırın

 06-12-2024

İran Xarici İşlər Nazirliyi Ukraynanı Suriyada Əsəd rejiminə  qarşı müxalifələrin başlatdığı  əməliyyata dəstəyi dayandırmağa çağıraraq, Kiyevin hərəkətlərini terrorizmlə mübarizə üzrə beynəlxalq öhdəliklərin açıq şəkildə pozulması adlandırıb. 

Ölkə.az xəbər verir ki, bu barədə İran hökumətinin teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

Bəyanatda nazir köməkçisi və Avrasiya Departamentinin rəhbəri Müctəba Dəmirçilu bəzi Ukrayna rəsmiləri  tərəfindən Suriyada Əsəd rejiminə müxalif qruplaşmalarına dəstəyinə və qanunsuz silah ticarətinə görə  Kiyevə  etiraz edərək bu hərəkətləri dərhal dayandırılmasını tələb edib.

İran XİN rəsmisi Ukraynanın Yaxın Şərq regionunda sabitliyi pozmaq üzrə hərəkətləri bütün beynəlxalq prinsiplərə zidd və “əxlaqsız siyasət” olduğunu vurğulayıb.
  

Bənzər yazılar

0.11685109138489