Məhkəmə iki siyasi partiyanın ləğvi barədə qərar verib

 06-12-2024

Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

APA.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azad Demokratlar Partiyası (AzDP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın 5 000 üzvü olmadığı üçün ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

Həmçinin, Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında da məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

Xatırladaq ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azad Demokratlar Partiyasının sədri isə Sülhəddin Əkbərdir.

Bənzər yazılar

0.10287189483643