Roma Papası üçün xüsusi "Gelandewagen" hazırlandı

 06-12-2024

Vatikana artıq təxminən 100 ildir avtomobil tədarük edən "Mercedes-Benz" şirkəti elektrikli G580 yolsuzluq avtomobili əsasında yeni "papamobil" hazırlayıb.

"Ölkə.az" xəbər verir ki, avtomobil artıq Roma Papası Fransiskə təqdim edilib.

Bildirilir ki, bu "Mercedes-Benz Gelandewagen" açıq tavanlı, arxa dirəkləri olmayan, arxa hissədə "göyərtəsi" olan unikal kuzov konstruksiyası və pontifikin müxtəlif tərəflərdən auditoriyaya müraciət etməyə imkan verən xüsusi rahat oturacağı ilə fərqlənir.

Bununla bağlı yayılan fotodan görünür ki, əvvəlki "papamobil"lər kimi, bu da klassik mirvari-ağ rəngdə boyanıb. Əlverişsiz hava şəraiti üçün avtomobildə şəffaf tavanlı xüsusi sərt üst konstruksiya nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, elektromobilin güc qurğusu ictimai tədbirlərdə aşağı sürətlə rahat gediş üçün uyğunlaşdırılıb.(oxu.az)

Bənzər yazılar

0.11966800689697