Son altı ay ərzində əlillik təyin olunan şəxslərə ödənilən məbləğ AÇIQLANDI

 12-09-2022

Altı ayadək dövr ərzində təkrar əlillik təyin olunmuş 16,7 min şəxsə həmin dövr üzrə 9,2 mln. manat ödənilib.

Ötən ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra altı ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Beləliklə, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir cari ildə 16,7 min şəxsi əhatə edib.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki altı ayadək dövr üzrə 9,2 mln. manat ödənilib.

Bənzər yazılar

0.14308094978333