Azərbaycan və Sloveniya XİN başçıları görüşdü

 05-12-2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

Bu barədə XİN-in sosial şəbəkə hesabında yazılıb.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnunluqlarını bildirərək, ikitərəfli və çoxtərəfli əlaqələri daha da dərinləşdirmə yollarını müzakirə ediblər.

Münaqişə sonrası regional bərpa və sülh səyləri, eləcə də minatəmizləmə fəaliyyəti də müzakirə olunub.

 

Bənzər yazılar

0.10980010032654