ABŞ-nin Kaliforniya ştatının Palermo bölgəsində dini məktəbə silahlı hücum olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 5 və 6 yaşlarındakı 2 uşaq yaralanıb. Yerli polis güllələnən iki uşağın vəziyyətinin son dərəcə ağır olduğunu açıqlayıb.
Hadisəni törədən şəxs daha sonra özünü də güllələyərək öldürüb.
Hücum edənin zərərçəkənlərlə heç bir əlaqəsinin olmadığı da bildirilib.
Qeyd edək ki, bu hadisə son illərdə ABŞ-də baş verən onlarla məktəbə hücum hallarından biridir. Silahlı hücumlar silaha nəzarət haqqında müzakirələrə yol açsa da, yerli silah qaydalarında hər hansı bir dəyişikliyə səbəb olmayıb.
Billurə