Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasında iştirakı çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.
“Ölkə.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
“Görüşdə tərəflər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər”, - məlumatda bildirilib.
Bayramov Valtonenə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, davam edən mina təhlükəsi və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib