Mask Baydenin ABŞ-nin bütövlüyündən narahat olub

 02-12-2024

Milyarder və sahibkar İlon Mask ABŞ Prezidenti Co Baydenin qanunsuz silah saxlama və vergi qanunvericiliyini pozmaqda ittiham olunan oğlu Hanteri əfv etmək qərarını tənqid edib.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, paylaşım onun "X" sosial şəbəkəsindəki profilində yerləşdirilib.

"Narkotik mövzuları məni maraqlandırmır, amma Amerika Birləşmiş Ştatlarının bütövlüyünü şübhə altına almaq yaxşı deyil", - deyə Mask yazıb.

Bənzər yazılar

0.11560702323914