Hakan Fidan Suriya məsələsi ilə bağlı əminliyini ifadə etdi

 02-12-2024

Xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriyadakı hadisələrlə bağlı mövqelərini açıqlayıblar.

Ölkə.Az xəbər verir ki, nazir Hakan Fidan Suriyadakı durumla bağlı bunları deyib: "Son hadisələr bir daha göstərir ki, Dəməşq öz xalqı və qanuni müxalifətlə güzəştə getməlidir. İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olardı".

Nazir Fidan əlavə edib ki, Türkiyə bu proses zamanı İran və Rusiya hakimiyyətləri ilə həmişə lazımi əlaqə saxlayıb: "Prezidentimiz bu problemin dialoq yolu ilə həlli üçün lazımi təşəbbüslə çıxış edib. Əhalinin yarısının didərgin düşməsi və terrorla bağlı məsələlər məsələnin idarə olunmasını çətinləşdirib. Çözüm axtarışlarının olmaması problemləri bu həddə çatdırıb. Türkiyə və İranın Suriya məsələsi ilə bağlı fikirlərini səmimi şəkildə ifadə etməsi Suriya üçün həyati bir məsələdir. Tezliklə Astana prosesini yenidən həyata keçirəcəyik.

Suriyadakı prosesləri yaxından izləyirik. Biz terrorçuların bölgədəki qeyri-sabitlikdən istifadə etməsinə imkan vermirik", - o qeyd edib.

İran XİN başçısı Abbas Araqçi Suriya hadisələrində ABŞ və İsraili günahlandırıb: "Suriyadakı terror qruplaşmalarının ABŞ və İsraillə əlaqələri var. Bu qruplaşmalar Suriyada etibarsızlıq yaradır. Bu gərginliyin yaranmasında sionist rejimin rolunu görməzlikdən gəlmək böyük səhv olar. Biz Astana prosesinin qazanclarının qorunub saxlanması ilə bağlı konsensus əldə etdik.

Suriyada təhlükəsizliksizlik Suriya xalqına və iqtisadiyyatına zərbə olacaq. Suriya terror təşkilatlarının mərkəzi olmamalıdır". 

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.13259100914001