İsraildən şok etiraf: Əsədi qorumalıyıq, onun süqutu...

 02-12-2024

“Əsəd rejiminin devrilməsi ehtimalı bütün regionun sabitliyi üçün çox problemlidir. Bu, İsrail üçün böyük risk yaradacaq. “Təhrir əş-Şam” və digər sələfi təşkilatları İsrail sərhədinə gələ bilər və Qolanda İsrailə qarşı fəaliyyət göstərən dördüncü cəbhə yarana bilər”.

Ölkə.Az xəbər verir ki, bunu İsrailin istefada olan general-mayoru Yisrael Ziv bildirib.

“Suriyanın dağılması İsrailin təhlükəsizliyi üçün pis xəbərdir. Çünki Əsəd qatil diktator və xalqı üçün dəhşətli olsa da, İsrailin təhlükəsizlik maraqları baxımından daha yaxşı nəzarət qabiliyyətinə malikdir", - israilli zabit qeyd edib.

General Zin onu da əlavə edib ki, İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri regional koalisiya  formalaşdıraraq Əsəd rejimini gücləndirməlidir.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.10068011283875