Papuaşvili parlament binasına dəyən zərərdən danışdı

 02-12-2024

“Dünən Gürcüstan parlamentinin qarşısına hücum edən etirazçılar binanın pəncərələrini sındıraraq 48 otağa ziyan vurublar”.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

“Mətbuatın yaratdığı mənzərə sayəsində çoxları yəqin ki, onların parlamentə girə bilmədiklərini, yalnız boya ilə yazılar çəkdiklərini düşünürlər. Gün ərzində aparılan yoxlamadan sonra deyə bilərəm ki, bir gün öncəki hücum nəticəsində 48 iş otağına ziyan dəyib.

“Çiçinadze” küçəsi və “Rustaveli” prospekti tərəfdən demək olar ki, bütün pəncərələr zədələnib. Müxtəlif ofis avadanlıqları ziyan görüb. Parlamentin taxta qapısı yanıb, mərkəzi istilik və soyutma qurğuları dağıdılıb, anbar otaqları, tədris mərkəzinin kompüter laboratoriyası, parlamentin yeməkxanası, pəncərələri sıradan çıxıb” - , Papuaşvili bildirib.

Bənzər yazılar

0.14530491828918