Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasında yanğın törədiblər. "Ölkə.az" xəbər veirr ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıb, həmçinin atəşfəşanlıq ediblər. Nəticədə fişənglərdən biri pəncərəyə dəyib, bundan sonra parlament binasında yanğın başlayıb.
Yanğınsöndürənlərin parlamentin həyətində olub-olmaması və yanğının aradan qaldırılması üçün tədbirlər görüb-görmədiyi hələlik məlum deyil.
Rustaveli prospektində on minlərlə insan toplaşıb.
Artıq son iki gündə Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlamentdə keçirilən aksiyalar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrilib. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin qeyd edib ki, bu, “etirazçıların sistemli zorakılığına” cavab olub. Hər iki tərəfdən xəsarət alanlar var. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.
Elvin
Ölkə.az