Yaponiyada güclü zəlzələ oldu

 30-11-2024

Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 34,3 min nəfərin yaşadığı Hirara şəhərindən 93 km şimal-şərqdə olub. Zəlzələ 40 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bənzər yazılar

0.1048378944397