Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində yolu nə maşınla, nə də piyada GETMƏK MÜMKÜN DEYİL - VİDEO

 11-09-2022

“Yayda toz, payızda, qışda palçıq... Nə piyada rahat hərəkət edə bilir, nə maşınlar. Təcili maşınlar əraziyə qətiyyən təcili çata bilmir, taxsilər isə, ümumiyyətlə küçəyə dönməkdən imtina edirlər”.

Bu fikirlər Xəzər televiziyasının hazırladığı reportajda yer alıb.

Mənbə yazır ki, Səbail rayonu Yüzbəy Mürsəlov küçəsinin sakinləri bildirib ki, təxminən iki il əvvəl kanalizasiya xətlərinin təmir olunması adıyla asvalt örtük sökülüb, amma sonra təmir olunmayıb.

Sakinlər deyib ki, dəfələrlə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etsələr də  5 günə, 10 günə yol təmir olunacaq deyib, məsələni 2 ilədək uzadırlar.

İcra Hakimiyyətindən qeyd edilib ki, Yüzbəy Mürsəlov küçəsində “Azərsu” ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən kanalizasiya və su xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb və görülən işlər bir müddət əvvəl başa çatdırlıb.

Sözügedən ünvana Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub, amma qurumdan dəqiq tarix deyilməyib.
 

Bənzər yazılar

0.48947310447693