Bu ütülər yana bilər - Azərbaycanda da satılan brend məhsullarını geri çağırdı

 16-11-2024

İstehsalçı şirkət "Versuni" dünyaca məşhur "Philips" brendinin bəzi buxarlı ütü modellərini geri çağırıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb ütü qazanının qaynaq tikişlərində rast gəlinən istehsal qüsurudur.

Şirkətin elan etdiyi modellər PSG8XXX, PSG90XX və GC96XX seriyasındadır.

Bildirilib ki, bu xəta buxarın nəzarətsiz buraxılmasına, yanıqlara və s. xəsarətlərə səbəb ola bilər.

"Versuni"dən həmçinin qeyd edilib ki, geri çağırılan məhsulların növünü bildirən nömrələr və istehsal kodları cihazların aşağı hissəsində yazılıb.

Bu nömrələr aşağıdakılardır:

PSG8040 | 2421, 2422 və ya 2423
PSG8050 | 2421, 2422 və ya 2423
PSG8130 | 2421, 2422 və ya 2423
PSG8140 | 2421, 2422 və ya 2423

Şirkət həmçinin aşağıdakı tövsiyələri verib:

-Dərhal buxarlı ütüdən istifadəni dayandırın.
-Ütünü elektrik şəbəkəsindən ayırın.
-Cihazın tam soyumasını gözləyin

Billurə
 

Bənzər yazılar

0.068307161331177