Abxaziyada vəziyyət qarışdı - Prezident doğulduğu kəndə qaçdı - Fotolar

 16-11-2024

İnsanlar ayağa qalxıb Abxaziyanın lideri Aslan Bjaniyanın istefasını tələb edir.

Ölkə.Az xəbər verir ki, etirazlara səbəb isə parlamentdə Rusiya ilə imzalanması nəzərdə tutulan investisiya saziş layihəsidir.

Müxalifətin çağırışı ilə insanlar parlamentin qarşısına  yığışan insanlar  qanunverici orqandan Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyasından imtina etməsi olub. Lakin deputatların qərarı ilə iclas ləğv edilib.  

Bundan sonra müxalifət Abxaziya lideri Bjaniyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.  

Spiker Laşa Aşuba və parlament üzvləri Abxaziyanın lideri Aslan Bjaniya ilə danışıqlar aparsa da, nəticəsi olmayıb.

Abxaziyanın lideri Aslan Bjaniya istefa verməkdən imtina edib və bildirib ki, o və vitse-prezident yerindədir və fəaliyyətini davam etdirəcək.

Bjaniya həmçinin Abxaziya sakinlərini “təxribatlara uymamağa” çağırıb.

 Bundan sonra Abxaziyanın Suverenliyini Müdafiə Komitəsinin sədri Levan Mikaa Abxaziyanın lideri Aslan Bjaniyaya ultimatum verib.

Ona istefa vermək üçün bir saat vaxt verdi. Etirazçılar qarşısında çıxış edən Mikaa bəyan edib ki, biz geri çəkilmirik, ona bir saat vaxt veririk. "Əgər getməsə, gizləndiyi yerə gedəcəyik. Biz bu ultimatumla adamları onun yanına göndərdik”, - Mikaa qeyd edib.

Abxaziya rəhbərinin mətbuat xidmətinin yaydığı məlumata görə,  Abxaziya prezidenti Rusiya ilə investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinə dair sənədi imzalamayıb. O etirazlar fonunda  doğulduğu Tamış kəndinə gedib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062922954559326