Zabit Səmədov idmançı karyerasını qələbə ilə BAŞA VURUB– FOTO/VİDEO

 11-09-2022

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

“Mauqli” ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: “Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm”.

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

20:16

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın “Mix Fight Championship” təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Mixel Olenski (Niderland) Osmanova (Azərbaycan) 3 raundun yekununda qalib gəlib.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, “Yekəayaq” ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.

Artıq gecənin ilk döyüşü keçirilib.

Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib.

70 kq-da çıxış edən idmançı “Qladiator” ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

 

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

Bənzər yazılar

0.21588897705078