Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə yüksəlib.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, son 24 saat ərzində 39 fələstinli həlak olub, daha 123 nəfər isə yaralanıb.
BMT-nin məlumatına görə, Qəzza sektorunda hərbi əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb.
Qəzza zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğu bildirilir.