Rusiyanın Moskva şəhəri və Moskva vilayətində həftəsonu hava anomal dərəcədə isti olacaq.
Ölkə.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets öz teleqram kanalında bildirib.
Sinoptikin sözlərinə görə, həftənin qalan hissəsi üçün güclü Atlantik istiliyi proqnozlaşdırılır - termometr göstəriciləri noyabrın ilk ongünlüyünə xas olan normanı xeyli keçəcək. Belə ki, şənbə günü, noyabrın 9-da hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecələr havanın temperaturu 0 və +3 dərəcə, gündüz isə +6 ilə +9 dərəcə olacaq.
Noyabrın 8-i cümə gününə gəlincə, günorta buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz arabir yağış yağacağı gözlənilir.
Cümə günü hava müsbət altı dərəcəyə qədər istiləşəcək, bölgədə ikidən yeddi dərəcəyə qədər isti olacaq"./BAKU.WS