Kerimcan Durmaz haqqında şok: Evlilik vədi ilə 20 milyon alıb - Foto

 07-11-2024

Türkiyəli fenomen və müğənni Kerimcan Durmaz dələduzluqda ittiham olunur.

Ölkə.Az “Gloob”a istinadla xəbər verir ki, Almaniyada yaşayan Çağla Çetin adlı gənc qız fenomenin ondan evlilik vədi ilə pul aldığını iddia edib.

O, qatıldığı televiziya verilişlərindən birində K.Durmaza 7 il ərzində ümumilikdə 20 milyon lirə verdiyini deyib.

Ç.Çetin fenomenlə 2016-cı ildə tanış olduqlarını, K.Durmazın onu görmək üçün hər həftə Almaniyaya getdiyini deyib. Ç.Çetin K.Durmaza konsert üçün pulları da özünün verdiyini söyləyib.

Gənc qızın K.Durmaza aid olduğu iddia edilən yazışmalarda da fenomenin ona “eşqim” deyə xitab etməsi öz əksini tapıb. 

Şikayətçi bank hesabından çıxarışları da ictimaiyyətlə paylaşıb. Qız həmçinin K.Durmazın onun yanında olarkən "kişi kimi davrandığını" deyib. 
Ç.Çerin bildirib ki, Kerimcanın ona aşiq olduğuna inandığından ona bahalı saat və s. hədiyyələr alıb.

Hazırda proqram şirkəti olan Çağla ölümlə hədələndiyini və pasportunun əlindən alındığını iddia edib. 

K.Durmaz barəsindəki ittihamlarla bağlı hələlik açıqlama verməyib.

Ölkə.Az

Bənzər yazılar

0.074853897094727