"Lukoil" Bolqarıstandakı zavodunu satır: Alıcı kimdir?

 06-11-2024

Rusiyanın "Lukoil" şirkəti ilin sonuna qədər Bolqarıstandakı neft emalı zavodunu Qətər-Britaniya konsorsiumuna satmağı planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə məlumatı "Financial Times" mənbələrə istinadən yayıb.

Nəşrin məlumatına görə, şirkət qətərli iş adamı Qanim Bin Saad Al Saadın nəzarətində olan "Oryx Global" və Londonda yerləşən "DL Hudson" əmtəə ticarət evindən ibarət konsorsiumu seçib.

"Oryx" məlumata şərh verməkdən imtina edib. "DL Hudson" şərh tələblərinə cavab verməyib.

Qeyd edək ki, Rusiya neftinin Aİ-yə idxalına qoyulan qadağa "Lukoil"in Bolqarıstanda fəaliyyətini çətinləşdirir.

"Lukoil" 1999-cu ilin oktyabrında Bolqarıstanda fəaliyyətə başlayıb və 8,8 milyon ton gücü olan Burqas neft emalı zavodunun nəzarət paketinin sahibidir. Şirkət həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir.

Bolqarıstan və bir sıra digər Aİ ölkələri 2024-cü ilin sonuna qədər Rusiya neftinin idxalına qoyulan qadağadan azaddırlar, lakin hökumət 2024-cü ilin martından Rusiya xammalından imtina etmək qərarına gəlib və 2024-cü ilin yanvarından Rusiya neftindən hazırlanan neft məhsullarının ixracı qadağan edilib. Bundan əlavə, Bolqarıstan bu yaxınlarda Burqas neft emalı zavodu üçün 60 faiz mənfəət vergisi tətbiq etdi və bu, yalnız aktivin satışından sonra 15 faizə endiriləcək. Zavod, həmçinin daha yüngül qeyri-Rusiya neft növlərini emal etmək üçün 500 milyon avro dəyərində modernləşdirmədən keçməlidir.(musavat.com)

Bənzər yazılar

0.064166069030762