İsraildə ara qarışdı, insanlar küçələrə axışdı - Video

 06-11-2024

İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı işdən çıxarmasına etiraz etmək üçün küçələrə axışıb.

Ölkə.Az xəbər verir ki, Netanyahunun qərarına etiraz etmək üçün paytaxt Təl-Əvivin Ayalon küçəsində çoxlu insan toplaşmağa başlayıb.

Nümayişçilər Netanyahu hökuməti əleyhinə şüarlar səsləndirərək küçəni nəqliyyatın hərəkətinə bağlayıb və tonqal yandırıblar. Tel-Əvivdən başqa Qüds və bəzi digər şəhərlərdə insanlar etiraz əlaməti olaraq küçələrə çıxıb. 

İsrail müxalifəti Netanyahunun Gallantı istefaya göndərməsinə etiraz edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.061614990234375