Mərkəzi Bank və ləğv prosesində olan “Bank Standart” QSC “Baku Steel Company” MMC və “Azərtəkrarqarametal” ASC barəsində məhkəmə iddiası qaldırıblar.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanovun icraatına verilib.
Məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Məlumat üçün bildirək ki, hazırda Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında “Baku Steel Company” MMC (VÖEN-1501481481) adlı şirkətin məlumatları gizlədilib. Reyester məlumatlarında yalnız “Baku Steel Construction” ASC (VÖEN – 100062011) adlı şirkətin məlumatları mövcuddur. “Baku Steel Company” MMC-nin rəsmi saytında bu şirkətin də onlara bağlı olduğu bildirilir.
Onu da qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilir.
Yayılılan məlumatlarda bildirilir ki, Rasim Məmmədov sabiq AMEA prezidenti Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini, general Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.