Maya Sandu prezident seçkilərində qalib oldu

 04-11-2024

Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandu qalib gəlib.

Ölkə.Az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, protokolların 98,9%-nin nəticələrinə əsasən Maya Sandu səslərin 55%-ni toplayıb. Onun rəqibi Aleksandr Stoyanoqlo 45 faiz səs toplayıb. 

“Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin, demokratiyamızın və ləyaqətli gələcəyə sadiqliyimizin gücünü göstərdik”, - Sandu  X (tvitter) hesabında yazaraq seçicilərə təşəkkür edib.

Sandu xaricdəki seçki məntəqələri hesabına qalib gəlib. Belə ki, xaricədəki diaspora kütləvi şəkildə ona səs verib. Ölkə daxilində Stoyanoqlo 51,2% nəticə ilə qalib gəlib. 

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.064131021499634