DSMF universitetdən 1,3 milyon manata ofis icarəyə götürüb

 03-11-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu”nun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN – 1500008331) olub. DSMF Bakı Avrasiya Universitetinə məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 1 milyon 317 min 599 manat 68 qəpik (ayda 54 min 900 manat) ödəyəcək.

Qeyd edək ki, ötən il DSMF Bakı Avrasiya Universitetindən eyni məqsədlə icarəyə götürdüyü qeyri-yaşayış sahəsi üçün ayda 52 min 510 manat ödəyib.

Məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Universiteti 21.05.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 422 000 manat olan Universitetinin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev, ev 135A-da yerləşir. Bakı Avrasiya Universitetinin qanuni təmsilçisi (rektor) Hüseynli Nazim Ziyad oğludur.

Onu da bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci ildə təsis olunan Ali Diplamatiya Kollecinin bazası əsasında yaradılıb.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.

Bənzər yazılar

0.058667898178101