Brüsseldə Qərbi Azərbaycana qayıdışla bağlı izdihamlı tədbir keçirildi

 26-10-2024

Belçikanın paytaxtı Brüssel şəhərində “Azərbaycanlıların və digər türkdilli xalqların əməkdaşlıq Mərkəzi” İctimai Birliyinın (ATXƏM) “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı” mövzusunda beynəlxalq konfrans keçirilib.

MillətinSəsi.İnfo xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin tərəfdaşlığı ilə baş tutub.

Haachtse Steenveg Türk Dərnəkləri Birliyi Mərkəzində keçirilən konfransda Azərbaycandan gələn nümayəndə heyətinin tərkibində layihə rəhbəri, ATXƏM İB-nin sədri, Qərbi Azərbaycan əsilli İlham İsmayılov, layihənin expertləri “Cəmiyyətin İnkişafi Mərkəzi” İB-nin sədri, Qərbi Azərbaycan əsilli Əhməd Abbasbəyli, “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli, “LAF TV”-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova və ictimai fəal, “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədri, Qərbi Azərbaycanəsilli Ramil Əliyev, həmçinin, Belçikada fəaliyyət göstərən Belçika-Türk Media Birliyinin sədri Huseyin Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri, Qərbi Azərbaycan əsilli Ayhan Dəmirçi, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti, Qərbi Azərbaycan əsilli Elsevər Məmmədov, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri, Qərbi Azərbaycan əsilli İlhan Aşkın, Belçika Beynəlxalq Demokratlar Birliyinin (UİD)İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ahmet Kürü oğlu, Belçika Beynəlxalq Demokratlar Birliyinin (UİD)Bölgə başkanı Yusuf Taşpinar, Belçika Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bölgə katibi Murat Asla, “Qazete Türk” xəbər qəzetinin baş direktoru Necdet Özkan, CHP Belçika Dərnəyinin qurucusu Bilal Özcan, “Beringen” musiqi klubunun dərnək başqanı İsmayıl Erdoğan, Eski Türk Federasiyasının baş katibi Nuri Sarıkaya, Belçika Rumeli Türk Dərnəyinin başkanı Turan Türe, Fireland Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, 30 ildir ki, Belçikada yaşayan soydaşımız  Ədalət Quliyev, İslam Birliyi Avropa Türk Mədəniyyət Mərkəzinin sədri Həbıb Yıldırım, Brüsseldə “Music”klubun rəhbəri Zeki Yalçın, həmçinin Azərbaycanın Belçikadakı diplomatik korpusunun, diaspora təşkilatlarının təmsilçiləri, yerli mətbuatın nümayəndələri, Belçika, Niderland, Azərbaycan və türkicmalarının üzvləri və digər qonaqlar iştirak ediblər.

Konfransda “İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirilib. Tədbir iştirakçıları çıxış edərək qeyd ediblər ki, əsrlərlə öz doğma yurdlarından didərgin salınmış, deportasiya edilmiş qərbi azərbaycanlıların beynəlxalq hüquqa və konvensiyalara uyğun olaraq, öz döğma torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsi və Ermnənistanın bu proseslərdə öhdəliklərini yerinə yetirməsi çox mühüm bir məsələ kimi dünya ictimaiyyəti qarşısında dayanır və hər bir Qərbi Azərbaycandan olan soydaşımız öz vətəninə qayıdana qədər biz bu yolda birgə səylərimizi davam etdirməliyik.

Tədbir iştirakçıları layihənin mövzusu ilə bağlı ətraflı məlumatlandırılıblar. 

Bənzər yazılar

0.084995985031128