Şimali Koreyadan Ukraynaya qarşı müharibə qərarı: 12 min əsgər

 25-10-2024

Şimali Koreya Rusiyanı Ukrayna müharibəsində dəstəkləyərək 12 min əsgərini Ukrayna ilə sərhədə - Kursk bölgəsinə yerləşdirib.

APA.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın şərqində təlim keçən Şimali Koreya ordusu oktyabrın 23-də Kurska gətirilib.

"12 minlik Şimali Koreya ordusunda 500 zabit və 3 general komandanlıq edir. Onlar Rusiyanın 5 hərbi bazasında təlim keçiblər", - məlumatda deyilir. 

Şimali Koreyanın Rusiyaya birbaşa canlı qüvvə baxımdan  dəstəyindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatası Bayden hökumətini bölgəyə qoşun göndərməyə çağırıb.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner X (tvitter) hesabında bununla bağlı  paylaşım edərək bildirib ki, Şimali Koreya qoşunları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edərsə, ABŞ  hərbi əməliyyatlarda birbaşa iştirak etmək barədə ciddi düşünməlidir.

"Şimali Koreya qoşunları Rusiya ərazisindən Ukraynaya hücum edərsə Ukraynaya cavab vermək üçün Amerika silahlarından istifadə etməsinə icazə verilməlidir",- Turner qeyd edib.

 

Bənzər yazılar

0.062373161315918