Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov məxsus "Teas Press Nəşriyyat Evi" MMC gömrük qaydalarını pozmaqda ittiham edilir.
Qaynarinfo.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edib.
Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Ülviyyə Şükürova iş üzrə hakim təyin edilib.
"Teas Press Nəşriyyat Evi" MMC 2014-cü Tale Heydərovun sədri olduğu Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib. Nizamnamə kapitalı 895 321 manatdır.
MMC-nin qanuni təmsilçisi İbrahimov Nicat Rüstəm oğludur. O, Taleh Heydərova məxsus "Libraff” MMC-nin də qanuni təmsilçisidir.