Sahibkarlar üçün 44 daxili bazar araşdırması APARILIR

 09-09-2022

İndiyədək sahibkarların müraciəti əsasında 19 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib.

Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir. İndiyədək 25 belə daxili bazar araşdırması aparılaraq nəticələri KOBİA-nın saytında (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi) yerləşdirilib. 

Hazırda sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə bir neçə istiqamətdə daxili bazar araşdırmaları aparılır və nəticələri aidiyyəti üzrə təqdim olunacaq.

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulur.  

Bənzər yazılar

0.14217782020569