Sentyabrın 2-də İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdirlərinin başçılığı ilə keçirilmiş iclasda İmişli rayonunda yerləşən məktəb direktorları, direktor müavinləri, təsərrüfat müdirləri iştirak ediblər.
İclasda sektor müdirlərinin öz sahəsi üzrə qarşıda duran vəzifələr barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub. Lakin qəfil baş verən insident iclasda böyük problemə səbəb olub.
Belə ki, iclasda çıxış edən Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidov ilk öncə babası və nənəsi yaşda məktəb direktorlarını, müəllimləri (15-20) ayağa qaldıraraq, onları əsassızcasına uşaq kimi danlayıb.
Əslində nəzərə çarpmayan və əhəmiyyət kəsb etməyən nöqsanların yüksək səslə qışqıraraq, bütün zala eşitdirməsi Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidovun özünü kimlərəsə tanıtması və ya "daydayı"sı hesab etdiyi İmişli rayon üzrə Təhsil sektorunun faktiki rəhbəri Vahid Tağıyev və Mil-Muğan Regional təhsil idarəsinin müdiri Rəşad Musayevə "haqq" verməyən məktəb direktorlarının qarşısında şou göstərməsidir.
Bundan başqa, Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidovun iclasda daha bir tərbiyəsizliyi isə yaşlı məktəb direktorlarına, müəllimlərə əyləşməyə icazə verməməsi, onları uşaq kimi saatlarla ayaq üstə saxlamasıdır.
Digər bir məsələ isə Mahir Zahidov ali məktəblərə qəbul imtahanlarının nəticələrinin, şagirdlərin həmin imtahanda uğur əldə etmələrinin, universitetə qəbul olunmalarının Elm və Təhsil Nazirliyi üçün vacib olmadığını, nazirlik üçün 9-cu sinif buraxılış imtahanlarının nəticələrinin vacib olduğunu normal şəkildə yox, qışqırmaqla bildirməsidir.
Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidov məhz 9-cu sinif buraxılış imtahanlarında bir neçə sagirdin aşağı qiymət alması ilə bağlı məktəb direktorlarını bir-bir təhqir etməklə, aşağılayaraq onlara cəza tətbiq etdirəcəyinə, işləməyə qoymayacağına, vəzifələrindən azad etdirəcəyinə söz verərək, məktəb direktorlarına, müəllimlərə hədə-qorxu gəlməkdən belə çəkinməyib.
Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidov iclasda özünü sanki bazarda hiss edirdi.
İclas iştirakşılarını bir sual narahat edirdi, axı cənab nazir Emin Əmrullayev heç bir iclasda belə mövqedə olmamış, bu cür etikadan kənar, tərbiyyəsiz davranışlara yol verməmişdir.
Halbuki, Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidovun nöqsan bildirilən təhsil ilinin pandemiya dövrünü əhatə etdiyi və cəmi bir neçə şagirdin zəif nəticə göstərməsi ümumi nəticəyə təsir edən amil kimi qəbul edə bilməz.
Bu səbəbdən Mahir Zahidovun iclasdakı bəhanələri və əldə edilmiş uğurları əhəmiyyətli saymamasının səbəbi məhz öyrədilmiş qərəz, bir də "daydayı"sı hesab etdiyi İmişli rayon üzrə Təhsil sektorunun faktiki rəhbəri Vahid Tağıyevə özünü göstərməsi, onun tapşırığı əsasında "haqq" verməyən məktəb direktorlarını aşağılamasıdır.
O da bəlli olmuşdur ki, Sabirabad rayonunda yerləşən Mil-Muğan Regional təhsil idarəsinin müdiri Rəşad Musayev həmin idarənin sektor müdiri vəzifəsinə öz həmyerlisi və qohumu, Cəlilabad rayonundan olan Mahir Zahidovu təyin etmişdir və təbii ki, etikanın nə olduğu bilməyən Mahir Zahidov ona arxalanır.
Sabirabad rayonunda yerləşən Mil-Muğan Regional təhsil idarəsinin müdiri Rəşad Musayev yaxın qohumu olduğunu hər yerdə deyən Mahir Zahidov məktəb direktorlarına və müəllimlər qarşı əsassız kobudluğu və rəftarını telefonla video çəkmək istəyənlərin üstünə hücum çəkərək, zaldakılara ",,Alın onların telefonları!",,Silin cəkdiklərini!",,,Siz kimsiniz?!" -ifadələri ilə növbəti təhqirlərini işə salmış, telefonların dərhal alınması və çəkilişin silinməsi üçün əmr vermişdir.
Bütün bunlardan sonra zalda böyük çaxnaşma düşmüş, iclasda Mahir Zahidovun hərəkətləri böyük biabırçılığa səbəb olmuşdur. Yaşlı məktəb direktorları Mahir Zahidovdan etikadan kənar hərəkətlər etməməsini tələb etmişlər. Lakin o davranışından əl çəkməmişdir.
Elm və Təhsil Nazirliyinin Mil-Muğan regional təhsil idarəsinin sektor müdiri Mahir Zahidovun müəllimin vəzifəsindən sui-istifadə etməsi, onunla gələn digər qonaqlari və iclas zalındakı hər bir şəxsin gərginliyinə səbəb olmuşdur.
Daha sonra regional Maliyyə sektorunu müdiri Rəhim müəllim ayağa qalxaraq hər kəsdən öz adından və Regional idarəsinin adından üzr istəyib.
Sabirabad rayonunda yerləşən Mil-Muğan Regional təhsil idarəsinin müdiri Rəşad Musayev yaxın qohumu Mahir Zahidov isə "Mən niyə üzr istəməliyəm?" - deyərək, ironiyalı baxışlarla iclasdakılara gülümsəyərək süzüb.
Regional Maliyyə sektorunu müdiri Rəhim müəllimin çıxışından dərhal sonra İmişli şəhər məktəb direktorları onu alqışlayaraq, minnətdarlıq bildirmişdir.
Mahir Zahidovun davranışının səbəbi isə həmin məktəb rəhbərlərinin Mil-Muğan Regional Təhsil idarəsinin İmişli rayon üzrə Təhsil sektorunun faktiki rəhbəri Vahid Tağıyevə aylıq haqq verməməsi olmuşdur.
Lakin ciddi və əsl nöqsanların içində itib batan, qanunsuzluqların baş alıb getdiyi və Vahid müəllimin ,,dostu”olan, ona “aylıq” verən rayonun digər məktəb direktorlarına gözün üstə qaşın var deyən olmadı.
İclasın aqressiv keçməsinin əsl səbəbi Vahid Tağıyevin əvvəlcədən regional idarənin sektor müdiri Mahir Zahidovla, bəlkə də idarə müdiri Rəşad Musayevlə razılaşdırılmış ssenarisi idi.
Nə qədər ki, Vahid Tağıyev İmişli təhsilinə rəhbərlik edir, bundan da böyük biabırçılıqlar əskik olmayacaq.
Sonda onu da qeyd edək ki, bu yaxınlarda İmişli məktəblərinin birinin direktorunun pornoqrafik videosu sosial şəbəkələrdə yayıldığına görə, işindən qovulub.
Bu cür biabırçı hadisələrin təhsil rəhbərləri tərəfindən baş verməsi bir daha onu göstərir ki, ziyalı hesab edilən şəxslər nəyin ki, mənəviyyatını, şəxsiyyətlərini itirib, hətta deyərdik ki, ziyalılığını və insanlığını da itirərək manqurdlaşıblar!
Azər Mətin