"Şinkar Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan (Əmək qanunvericiliyinin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Qeyd edək ki, "Şinkar Holdinq" rəhbəri məşhur iş adamı Ələsgər Mehdiyev Fərrux oğludur.