Ukrayna ordusu rus hərbi aerodromuna zərbə endirdi

 10-10-2024

Oktyabrın 10-na keçən gecə Ukrayna PUA-ları Rusiyanın Adıgey bölgəsində hərbi aerodromuna hücum edib.

Ölkə.Az Rusiya KİV-inə istinadən xəbər verir ki,  Maykop yaxınlığındakı Xanskaya kəndi ərazisində PUA-lar Xanskaya hərbi aerodromuna hücum edib. 

Hadisə şahidləri hadisə yerindən görüntüləri dərc edirlər. Videoda aerodromda güclü  patrlayış səsləri eşidilib və yanğınlar başlayıb.

Vəziyyətlə bağlı açıqlama verən Adıgey vilayətinin rəhbəri Murat Kumpilov Telegram kanalında bildirib ki, hucum nəticəsində Rodnikovo qəsəbəsinin təxliyəsi davam edir. "Heç kim xəsarət almayıb. Xüsusi xidmət orqanlarının nümayəndələri və xilasedicilər hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını söndürürlər”, - Kumpilov Telegram-da yazıb.

 

Bənzər yazılar

0.062297821044922