İsrail Dəməşqdə SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb.
"APA.az" xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Bildirilib ki, İsrailin Suriyada hava zərbələri endirdiyi bina İnqilab Keşikçiləri Korpusu (SEPAH ) tərəfindən istifadə olunub.
Təsdiqlənməmiş məlumata görə, hücum zamanı yüksək səviyyəli SEPAH üzvü ölüb.
İsrailin “Channel 12” telekanalı hədəf alınan binanın SEPAH-ın yüksək rütbəli üzvlərinin hərəkət yeri olduğunu və ən azı 4 nəfərin həlak olduğunu bildirib.