Komitə sədri Səməd Seyidov: ABŞ ilə münasibətlərə yenidən baxılmalıdır

 08-10-2024

Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, Amerikanın Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma budəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək lazımdır:

“Ona görə də Xarici İşlər Nazirliyinə müraciət etmişik. Prezident İlham Əliyev ona görə ən yüksək səviyyədə siyasət aparır ki, dünyada onun siyasətinə inam var. Onun sözü imza qədər güclüdür. Amerika isə bu inamı itirir”.

Komitə sədri əlavə edib ki, müstəqil dövlət kimi münasibətləri ciddi təhlil edərək hərbi əlaqələrə yenidən baxmaq lazımdır.

“Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Dərs etməliyik ki, onlar dostluğun içərisində başqa niyyətləri regiona gətirmək istəyirlər. Hesab edirəm ki, məktubumuz Azərbaycan XİN tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq”.

S.Seyidov vurğulayıb ki, ABŞ noyabr ayında Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etmək cəhdi göstərir.

O qeyd edib ki, bu addım ABŞ-nin səmimiyyətinə şübhə yaradır və regionda ona olan inamı itirir: “Halbuki beynəlxalq münasibətlər sistemində ən mühüm məsələ inam və etibardır”. (Ölkə.Az)

 

Bənzər yazılar

0.10526084899902