Oktyabrın 5-i Ucarda minik avtomobili yolu keçmək istəyən Göyçayın Alpoud kənd sakini Elçin İslamovu vurub.
“MillətinSəsi.info” Unikal-a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü piyada aldığı xəsarətlərdən vəfat edib. O, Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu imiş və Cəbrayıl rayonunda xidmət edirmiş.
Qeyd edək ki, eyni gün Şəmkir rayonunda da DSX giziri balıq tutarkən Kür çayına düşərək boğulub.