İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

 01-10-2024

İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.

Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.

"İndiki mərhələdə biz İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.

Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun nəticələri olacaq:

"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".

 

Bənzər yazılar

0.11263608932495