Daha sonra nazirliyin əməkdaşları aksiya iştirakçılarına bildirib ki, etirazçıların hər biri qəbul olunacaqlar.
İkinci Qarabağ müharibəsinin 50-dən çox iştirakçısı bazar ertəsi Müdafiə Nazirliyi qarşısında onlara müharibə veteranı verilməsi tələbi ilə aksiya keçiriblər.
Aksiya iştirakçıları – ölkənin müxtəlif rayonlarından gələn Azər Əlirzayev, Sənan Şükürbəyli, Ağasəf Əliyev və digərləri Turan-ın müxbirinə Qarabağda döyüşdüklərini bildiriblər. Onların bəziləri yaralanıb və medalla təltif edilib, amma Müdafiə Nazirliyi onlara veteran statusu verməyib.
“İki ildir biz tələblərimizlə xidmət etdiyimiz hərbi hissələrə, Prezident Aparatına, Milli Məclisə gedirik, amma şablon boş cavablar alırıq.
Mən həyat yoldaşımı iki övladımla evdə qoydum və cəbhəyə getdim. Bizdə hər yerdə deyirlər ki, biz veteran deyilik, çünki təsdiqedici sənədimiz yoxdur. Müdafiə Nazirliyində deyirlər ki, döyüş əməliyyatlarının iştirakçıları haqqında məlumatlar bazasında bizim adımız yoxdur”, deyə Bərdəli Ağasəf Əliyev bildirib.
“Azərbaycan prezidenti deyirdi ki, bütün müharibə iştirakçıları onlara düşəni alacaq. Niyə bizə qarşı belə ədalətsizlik var? Prezidentə üz tuturam – bizə diqqət yetirin”, deyə Azər Əlirzayev bildirib.
Etirazçıların sözlərinə görə, problem ondadır ki, bəzi hərbi hissələrdən Müdafiə Nazirliyinə əsgər və zabitlərin tam siyahıları göndərilməyib, bəzi hərbi hissələr isə ləğv olunub. Bütün bunlar MN-in elektron bazasının tərtib edilməsi zamanı problemlər yaradıb.
Daha sonra nazirliyin əməkdaşları aksiya iştirakçılarına bildirib ki, etirazçıların hər biri qəbul olunacaqlar.
Müdafiə Nazirliyinin nümayəndəsi veteranların qarşısına çıxıb və etirazçıların tələblərini yazıb. O, Turan-ın müxbirinə bildirib ki, şikayətlərə müəyyən edilmiş qaydada baxılır, şəxs müharibədə iştirak edibsə, qanunla müəyyən edilmiş statusu alacaq.