İsrail ordusu Suriyaya zərbələr endirib

 01-10-2024

İsrail ordusu gecə saatlaırnda Suriyanın paytaxtı Dəməşqə və ətraf ərazilərinə davamlı raket zərbələri endirib.

Ölkə.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu hava hücumlarını PUA-lar vasitəsilə həyata keçirib. Hücum nəticəsində 3 mülki vətəndaş həyatını itirib, 9 nəfər yaralanıb və ətrafa ciddi ziyan dəyib, yanğınlar baş verib. 

Suriya mediasının verdiyi xəbər görə, hücum zamanı Suriya Dövlət Televiziyasında çalışan aparıcı Səfa Əhməd ölüb. 

Əsədə yaxın olduğu bilinən sosial media hesabları İsrail təyyarələrinin Dəməşqin cənubundakı Əsəd kəndi, Kudsayya ətrafı və Dimas bölgəsindəki bəzi hərbi məntəqələri hədəfə alıb. Dəməşq və onun kənd yerlərində Livan "Hizbullah"ının, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi silahlı qruplaşmaların üzvləri var.

Dəməşq FM-də yayımlanan xəbərdə bildirilib ki, İran səfirliyinin yerləşdiyi Mezze bölgəsində baş verən hücum nəticəsində yanğın baş verib.

Onu da qeyd edək ki, 2024-cü ilin  aprelin 1-də İsrail İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilabı Keşikçiləri Korpusunun 2-si general olmaqla ümumilikdə 7 İran rəsmisi həlak olub.

Hücumla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.

 

 

Bənzər yazılar

0.061746835708618