Dünya şöhrətli müğənni Britni Spirsin ailəsi heç cür onu rahat buraxmır. Ancaq əvvəllər müğənni valideynləri və bacısı ilə ictimaiyyət qarşısında mübahisə edirdisə, indi oğulları Şon və Ceydenlə münaqişə yaranıb. Belə ki, ötən gün gənclər açıq müsahibə verərək anaları ilə çətin münasibətlərindən danışıblar.
Britninin cavabı özünü çox gözlətməyib. 40 yaşlı müğənni “Instagram”a təxminən üç dəqiqəlik səs yazısı yükləyib və orada oğullarının da o biri ailəsi kimi olduğunu bildirib. İfaçının sözlərinə görə, uşaqları ona elə baxırlar ki, elə bil o, xəstədir. Britni övladlarına ataları Kevin Federlayna hələ də pul ödədiyini xatırladıb.
Kiçik oğlu Ceydenin Britninin atası hərəkətlərini müdafiə etməsi isə onu xüsusilə incidib.
“Beləliklə, Ceyden, bütün ailəmin həmişə etdiyi kimi, sən də “ümid edirəm ki, yaxşılaşar” və “onun üçün dua edəcəyəm” sözləri ilə məni qınayırsan... Nə duası edəcəksiniz? Atanıza ayda 40 min pul verməyə davam etmək üçünmü mənim yaxşılaşmağımı istəyirsiniz?” - deyə o bildirib.
Britni onu da qeyd edib ki, ideal ana olmasa da, oğulları ilə münasibət qurmaq üçün ciddi səylər göstərir. Halbuki uşaqları vaxtın bitməsinə iki saat qalmış onu tərk edir və səmimi söhbətlərdən yayınırlar.
Mənbə: Elle