Suraxanıda vətəndaş qəbulu keçirilib

 30-09-2024

Sentyabrın 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti vətəndaş qəbulu keçirib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qəbul edib.

Rayon rəhbəri onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.

Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.





Bənzər yazılar

0.13945984840393