Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Nikol Paşinyanla görüşüb

 25-09-2024

 Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Evində (bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir) Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

“Anadolu” agentliyinə istinadla xəbər veririk ki, qəbul mətbuata qapalı keçirilib.



“Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Ərdoğan görüş zamanı Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını və yeni dövrdə iki ölkə arasında sağlam əlaqələrin  təmin olunmasının dəstəklədiyini bildirib və bunun asanlaşdırılması üçün səylərin davam etdirildiyini qeyd edib”, - agentlik yazır.



Qeyd olunub ki, Ərdoğan, həmçinin Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində mühüm irəliləyişin əldə edildiyini vurğulayıb, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.

Türkiyə Prezidenti müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını Ermənistanın Baş naziri Nikol Paşinyana hədiyyə edib.

Bənzər yazılar

0.061182975769043