Yarımmüdafiəçi Miralem Pyaniç “Barselona”dan “Əl Şarca”ya keçib.
BƏƏ-nin yüksək liqasında çıxış edən klub bosniyalı ilə təmənnasız müqavilə imzaladığını açıqlayıb. Müqavilə uzadılma imkanı ilə iki illik müddətə bağlanıb.
Qeyd edək ki, Pyaniç 2020-ci ildən “Barselona”nın oyunçusudur və onunla birlikdə Kral Kubokunu qazanıb.
Mənbə: sports.ru