Müəllifi “Taxt-Tac Oyunları”nda narazı qaldığı səhnələrdən DANIŞIB

 07-09-2022

“Buz və alovun nəğməsi” (“A Song of Ice and Fire”) kitabının müəllifi Corc R.R.Martin əsəri əsasında çəkilmiş “Taxt-Tac Oyunları” serialından iki səhnəni bəyənmədiyini etiraf edib.

Onun sözlərinə görə, serialın səkkiz mövsümündə ən sevmədiyi kadr kral Robert Barateonun ova çıxma səhnəsidir.

“Dörd nəfər nizə ilə meşədə piyada gəzir. Kitabdan öyrənirik ki, Robert ova gedir, qaban onu yaralayır, o,  qayıdır və ölür. Lakin mən heç vaxt ovun özünü təsvir etməmişəm”, - deyə  Corc Martin bildirib.

Onun sözlərinə görə, kral ovunun necə keçdiyini hamı bilir: 100-ə qədər adam, dəbdəbəli çadırlar, ovçular, itlər. Bundan başqa şah qabanla qarşılaşmaq ümidi ilə nizə ilə silahlanan üç dostu ilə meşədə gəzməməlidir.

Müəllif həmçinin sözügedən səhnədə şeypur çalınmamasına təəssüfünü bildirib.

Bundan başqa Martin cəngavər turniri səhnəsini zəif hesab etdiyini bildirib.

Onun sözlərinə görə, “Taxt-Tac oyunları”nda qıcıqlandığı səhnələr “Əjdaha Evi”ndə düzəldilib. Belə ki, yeni seriyada kral Viseris Tarqaryenin ov səhnəsi müəllifin şərhləri nəzərə alınaraq yenidən yaradılıb. Bundan başqa turnirlə bağlı kadrlar daha genişmiqyaslı səhnələşdirilib.

Mənbə: The Hollywood Reporter

Bənzər yazılar

0.2346248626709