Sabiq rəis təqaüdünün azlığından narazıdır

 10-09-2024

Təqaüddə olan sabiq polis rəisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib. 

Qaynarinfo.az-ın məlumatına görə, Yevlax Rayon Polis Şöbəsinin sabiq rəisi polkovnik Məşədiyev Natiq Hüseyn oğlu ona ayrılan təqaüdün azlığından narazıdır.

Sabiq rəis məhkəmədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - pensiya təminatı üzrə" iddia qaldırıb. 

İşə Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın sədrliyi ilə baxılacaq. 
 

 

Bənzər yazılar

0.057837963104248