Beyləqanda müəmma: Zahid Sadıqov idarə rəisi təyin olunub?

 03-09-2024

Dövlət Su Ehtiyatları Agentliyində fəaliyyət göstərən idarə və müəsissələrin strukturlarının yenidən formalaşdırılmasına başlanılıb...

Poliqon.az xəbər verir ki, bununla bağlı artıq Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun daxili əmr verdiyi bildirilir. Əmrə görə qurumda işləyən rəhbər işçilərin vəzifələri yenidən təsdiq ediləcək. Strukturların və vəzifələrin yenidən formalaşdırılması Dövlət Su Ehtiyatları Agentliyi ilə "Azərsu” ASC-nin birləşdirilməsi ilə bağlıdır.

Poliqonun əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda fəaliyyət göstərən suvarma idarəsinin bir çox rəisləri vəzifələrini itirəcək. İdarə rəisi olmaq uğrunda mübarizəyə isə xeyli şəxslərin qoşulduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə idarə rəisi olmaq uğrunda mübarizəyə qoşulanlardan biri də 5 saylı regional su - kanal idarəsinin rəisi Zahid Sadıqovdur. Onun Beyləqan Suvarma Sistemləri idarəsinin rəisi təyin ediləcəyi bildirilir. Məlumata görə artıq Zahid Sadıqovun yaxın ətrafı onu idarə rəisi təyin edilməsi ilə bağlı təbrik edir. Zahid Sadıqovun idarə rəisi təyin edilməsi üçün sabah verilməsi gözlənilsə də, Dövlət Su Ehtiyatları Agentliyi sədri Zaur Mikayılovun belə bir əmri imzalaması Beyləqanda şübhə doğurmur.

 

Bənzər yazılar

0.099658966064453