İsraildə ən böyük etiraz aksiyası - Hakimiyyətdən tələb edilir ki...

 02-09-2024

İsrailin Təl-Əviv şəhərində mitinq başlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, mitinq iştirakçıları Qəzza zolağından girovların azad edilməsi ilə bağlı sazişin tezliklə bağlanmasını tələb edirlər.

Aksiya Rəfah şəhərindəki tuneldə Fələstinin Həmas hərəkatının altı girovunun tapılması xəbəri fonunda təşkil edilib. Onların heç birini xilas etmək mümkün olmayıb.

Etirazçılar təkcə girovların azad edilməsi üçün razılığın əldə olunmasını deyil, həm də İsrail hakimiyyətinin Rəfahda baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməsini tələb edirlər.

Mitinqə on minlərlə insanın toplaşdığı qeyd edilir. Bu, İsraildə vətəndaşların məhkəmə islahatlarına etiraz etdiyi 2023-cü ildən bəri ən böyük etiraz aksiyasıdır.

Etiraz aksiyaları təkcə bu günlə məhdudlaşmayacaq: sentyabrın 2-dən hava limanında, uşaq bağçalarında, dövlət qurumlarında, məktəblərdə və poliklinikalarda tətillər başlayacaq. Yüzlərlə özəl şirkət də onlara qoşulacaq.(Publika.az)

Bənzər yazılar

0.066071033477783