Sabiq nazir müavininin oğlunun rəhbərlik etdiyi “Gilan” şirkətləri ADINI DƏYİŞİB

 06-09-2022

“Gilan İnşaat” MMC (VÖEN-1400965871) və “Gilan Construction Group” MMC-nin (VÖEN- 1304325251) adı, nizamnamə kapitalı və qanuni təmsilçisi dəyişib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Gilan İnşaat” MMC-nin adı “1st Construction” MMC, “Gilan Construction Group” MMC-nin adı isə “Azcore Construction” MMC olub.

“1st Construction” MMC-nin nizamnamə kapitalı 20 manatdan 20 min 20 manata, “Azcore Construction” MMC-nin nizamnamə kapitalı isə 100 manatdan 632 min 610 manata qaldırılıb.

Şirkətlərin hüquqi ünvanları dəyişməsə də, qanuni təmsilçiləri dəyişib. Belə ki, həm “Gilan İnşaat”, həm də “Gilan Construction Group” MMC-nin direktoru İsmayılov Elvin İsmayıl oğlu olub.

Hazırda isə “1st Construction” MMC-nin direktoru Baxşəliyev Asif Əhkam oğlu, “Azcore Construction” MMC-nin direktoru isə Əlizadə Sahir Sabir oğludur.

Məlumat üçün bildirək ki, “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlər daha əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı olublar.  

Adları qeyd olunan şirkətlərə vaxtı ilə rəhbərlik edən Elvin İsmayılov gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılovun oğludur. Elvin İsmayılov 1987-ci ildə Naxçıvanda anadan olub. 2015, 2017 və 2018-ci illərdə stend atıcılığı üzrə Azərbaycan çempionu olub. Beynəlxalq Qran-pri qalibi və Şərəf Diplomları sahibidir.

Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının Əməkdar idman işçisidir.

2009-2011-ci illərdə Atıcılıq Məktəbinin direktor müavini, 2011-2012-ci illərdə (24 yaşında) Bakı Şəhər Vergilər Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, 2012-ci ildə (25 yaşında) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin idman məsələləri üzrə köməkçisi, 2014-cü ildə (27 yaşında) Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş idarəsinin rəis müavini olub. 2012-ci ildən “Qəbələ” İdman Klubunda atıcılıq növləri üzrə vitse-prezident, 2016-cı ildən “Gilan İnşaat” MMC-nin Baş direktoru olub.

 

Bənzər yazılar

0.14256882667542