Avropa Parlamentinin sədri yeznəsini aparat rəhbəri təyin etdi

 30-08-2024

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bacısı ilə evli olan Metyu Taboneni aparat rəhbəri təyin edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Tabone 2013-cü ildən Metsola Avropa İttifaqının qanunverici orqanına Maltadan üzv seçildikdən sonra AP-də işləməyə başlayıb. O, 2015-ci ildə deputatın bacısı ilə ailə həyatı qurub. Bildirilir ki, Metsola 2022-ci ilin sonunda öz aparatının rəhbəri vəzifəsinə Tabonenin namizədliyini irəli sürüb, lakin sonradan bitərəf qalıb.

Xatırladaq ki, iyulun 16-da Metsola ikinci müddətə AP prezidenti seçilib.

Bənzər yazılar

0.068566083908081