Bayraktar və qardaşı Türkiyənin vergi rekordçularıdır

 29-08-2024

Türkiyədə 2023-cü ildə ən çox gəlir vergisi ödəyən şəxslərin adları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Gəlirlər İdarəsi məlumat dərc edib.

Siyahıya “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəhbərlik edir. O, 2023-cü ildə 1 milyard 952 milyon lirə (97,4 milyon manat) vergi bəyan edib.

Siyahıda növbəti yeri isə Selçuk Bayraktarın qardaşı, həmçinin “Baykar”ın baş direktoru Haluk Bayraktar tutur. H. Bayraktarın 2023-cü ildə bəyan etdiyi verginin miqdarı isə 1 milyard 683 milyon lirədir (84 milyon manat).

İlk üçlüyü isə “Koç Holdinq”in İdarə Heyətinin fəxri sədri Mustafa Rahmi Koç tamamlayır. Rahmi Koç ötən il 480,1 milyon lirə (24 milyon manat) vergi ödəyib.

Bənzər yazılar

0.082179069519043